"Beşiktaş" "Kristal Pelas"a qarşı
UEFA Avropa Liqasının liqa mərhələsində 3-cü tura start verilir.
Sportline.az xəbər verir ki, "Beşiktaş" İstanbulda "Kristal Pelas"la qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində əsas itki kapitan Orkun Kökçü və Milot Raşitsanın adı ilə bağlıdır.
London klubunda Ben Çilvel, Takihero Tomiyasu, Din Henderson və Çadi Riad zədəlidir.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək görüşü niderlandlı hakim Danni Makkeli idarə edəcək.