PSJ-nin ulduzu mövsümü erkən başa vurdu

Fransanın PSJ klubunun futbolçusu Xviça Kvaratsxeliyanın sağ dizinin ön çarpaz bağı qopub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. Gürcüstanlı vingerin bu mövsüm meydana çıxmayacağı bildirilib.

Xatırladaq ki, Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında “Barselona” ilə keçirilmiş oyunda (4:2) zədələnib. Həmin matçda PSJ-nin digər futbolçuları Usman Dembele və Markinyos da sıradan çıxıb. Dembelenin sol, Markinyosun isə sağ bud nahiyəsində zədə aşkarlanıb. Hər iki futbolçu bir neçə həftə müalicə alacaq.