"Arsenal" və "Çelsi" Osimhen üçün yarışda

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen İngiltərə klublarının diqqət mərkəzinə düşüb.

Sportline.az xəbər verir ki, “Arsenal” və “Çelsi” nigeriyalı futbolçunun çıxışını yaxından izləyir. Hər iki klubun hücum xəttini gücləndirmək üçün Osimhenin variantını nəzərdən keçirdiyi bildirilir.

Forvard bu gün “Lill”lə qarşılaşmada da diqqət mərkəzində olacaq.

Hələlik mümkün transferlə bağlı rəsmi təklif və ya razılaşma barədə məlumat yoxdur.