Mourinyo Arda Gülər və Valverde barədə danışdı

Jose Mourinyo Arda Gülər və Federiko Valverdenin meydandakı mövqeləri ilə bağlı suala maraqlı cavab verib.

Sportline.az xəbər verir ki, hər iki futbolçu fərqli mövqelərdə oynamaq qabiliyyətinə malikdir.

“Onlar üçün ən yaxşı mövqe meydandır”, – deyə Mourinyo vurğulayıb. Onun sözlərinə görə, heyətin qurulmasında futbolçuların fərdi xüsusiyyətləri və bir-biri ilə uyğunluğu nəzərə alınmalıdır. 

Mourinyo əlavə edib ki, bəzi oyunçular konkret mövqedə daha faydalı olsa da, digərləri müxtəlif rollara uyğunlaşa bilir.