“Milan” Rabiotun maaşını artırmaq istəyir
"Milan” rəhbərliyi Adrien Rabiotun müqaviləsini uzatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, İtaliya klubu fransalı yarımmüdafiəçiyə 2030-cu ilə qədər qüvvədə olacaq yeni müqavilə təklif etməyə hazırlaşır. Yeni anlaşma futbolçunun maaşının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.
Hazırda bonuslar nəzərə alınmadan mövsümə 3,5 milyon avro qazanan Rabiotun komandanın ən yüksək maaşlı futbolçusuna çevrilməsi planlaşdırılır.
31 yaşlı yarımmüdafiəçi son çıxışları ilə klub rəhbərliyinin etimadını qazanıb.