Ronaldo millidən 30 gün kənarlaşdırıldı

Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo ilə bağlı intizam qərarı verib.

Sportline.az xəbər verir ki, ulduz futbolçu Danimarkada keçirilən təlim-məşq toplanışını icazəsiz tərk etdiyinə görə 30 gün müddətinə millidən kənarlaşdırılıb və 255 avro məbləğində cərimələnib.

Federasiyanın İntizam Komitəsi Ronaldonun intizam qaydalarının 160.1-ci maddəsini qəsdən pozduğunu müəyyənləşdirib. 

Məlumata görə, cəza müddəti toplanışın tərk edildiyi sentyabrın 30-dan hesablanır.