"Mançester Yunayted"in yeni hədəfi
"Mançester Yunayted” “Real Betis”in hücumçusu Troy Parrottu heyətinə qatmaq variantını nəzərdən keçirir.
Sportline.az xəbər verir ki, Mançester təmsilçisi 24 yaşlı futbolçunun oyununu izləmək üçün İspaniyaya nümayəndələr göndərib.
Parrott daha əvvəl “Tottenhem”də çıxış edib. İrlandiyalı hücumçu bu yay “Real Betis”ə keçdikdən sonra İspaniya klubunun heyətində diqqət çəkib. “Tottenhem”in də futbolçunu geri qaytarmaqda maraqlı olduğu bildirilir.
Məlumata görə, “Real Betis” hücumçunu qış transfer pəncərəsində buraxmaq niyyətində deyil. Futbolçunun müqaviləsində 100 milyon avroluq sərbəstqalma maddəsi də yer alır.