“Atletiko”dan qəti mövqe
"Atletiko”nun idman direktoru Mateu Alemani Mark Pubillin gələcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Sportline.az xəbər verir ki, klub rəsmisi müdafiəçinin mümkün transferi ilə bağlı şayiələrə baxmayaraq, futbolçunun inkişafından razı olduqlarını vurğulayıb.
“Mark möhtəşəm inkişaf yolu keçib. Biz ondan çox razıyıq və uzun illər bizimlə qalmasını istəyirik”, – deyə Alemani bildirib.
Bu açıqlama Madrid klubunun 23 yaşlı müdafiəçiyə güvəndiyini göstərir. Bununla belə, rəhbər transfer bazarındakı mümkün təkliflər barədə konkret danışmaq istəməyib.