PSJ - "Barselona": Heyətlərdəki son durum
UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turuna start verilir.
Sportline.az xəbər verir ki, son çempion PSJ "Park de Prens"də "Barselona" ilə üz-üzə gələcək.
Luiz Enrikenin komandasında əsas itki Nuno Mendeşin adı ilə bağlıdır. Maqnes Akliuşun oynayıb oynamayacağı oyun saatında bəlli olacaq.
Kataloniya təmsilçisində isə Andreas Kristensen, Erik Qarsia, Jül Kunde və Roni Bardci baş məşqçi Hansi Flikin sərəncamında olmayacaq.
Qeyd edək ki, PSJ - "Barselona" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.