Bellingem "Real Madrid"də qalacaq
Cud Bellingemin “Real”la yeni müqavilə imzalamağa razılıq verdiyi iddia olunur.
Sportline.az xəbər verir ki, tərəflər beşillik yeni sözləşmə barədə şifahi razılıq əldə ediblər. Bu razılaşma rəsmiləşərsə, İngiltərə millisinin üzvü uzun müddət Madrid klubunda qala bilər.
Bellingem komandanın əsas futbolçularından biridir və klub onun gələcəyini təmin etmək istəyir. Hələlik yeni müqavilənin imzalanması ilə bağlı rəsmi açıqlama verilməyib.