"Beşiktaş"da ciddi itki yaşanıb
Türkiyə Super Liqa klublarından “Beşiktaş” ciddi itki ilə üzləşib.
Sportline.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Orkun Kökçü zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kapitan Avropa Liqasında “Hoffenhaym”la ikinci tur matçında xəsarət alıb. Onun bərpa müddəti açıqlanmayıb.
Qeyd edək ki, Orkun bu mövsüm 9 oyunda 2 qol vurub.