“Trabzonspor” “Beşiktaş”ı xalsız yola saldı

Türkiyə Super Liqasında VIII turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Trabzonspor” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

Trabzondakı “Papara Park” stadionunda keçirilən görüşdə meydan sahibləri seviniblər.

Hesabı Ozan Tufan açıb. Matçın 71-ci dəqiqəsində Məhəmməd Salah fərqlənərək “Trabzonspor”un üstünlüyünü iki topa çatdırıb – 2:0.

Qeyd edək ki, Trabzon təmsilçisi turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Beşiktaş" isə 5-ci sırada yer alıb.