"Arsenal"dan ayrıla bilər

Viktor Qyokeresin “Arsenal”dan ayrılmaq ehtimalı ilə bağlı xəbərlər yayılıb.

Sportline.az xəbər verir ki, transfer xəbərləri icmalında isveçli hücumçunun yanvar ayında klubunu dəyişə biləcəyi iddiasına yer verilib. Qyokeres London təmsilçisində gözləntiləri tam doğrultmaq üçün mübarizə aparır.

Onun gələcəyi ilə bağlı müzakirələr futbolçunun çıxışı və komandanın hücum xəttindəki planları fonunda artır.

Bununla belə, yanvarda transferin baş tutacağına dair rəsmi təsdiq yoxdur.