"Sabah" "Borussiya"ya qarşı

Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasında 3-cü tur oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Valdas Dambrauskasın komandası Dortmund "Borussiya"sını qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq. Matçı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Hazırda iki turdan sonra hər iki komandanın 3 xalı var. Qol nisbətinə görə, "Sabah" 22-ci, "Borussiya" isə 18-ci pillədə qərarlaşır.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 3-cü tur

20:45. "Sabah" (Azərbaycan) - "Borussiya" (Dortmund, Almaniya)

Hakimlər: Xavyer Alberola, Alfredo Moreno, Karlos Alvarez Fernandes, Viktor Qarsiya Verdur (hamısı İspaniya)

VAR: Sezar Soto Qrado (İspaniya)

AVAR: Valentin Qomez (İspaniya)

Bakı Olimpiya Stadionu