“Hələ çox şeyi yaxşılaşdırmalıyıq”

“Liverpul”un hücumçusu Aleksander İsak komandasının hazırkı vəziyyəti barədə danışıb.

Sportline.az xəbər verir ki, “Brentford”la qarşılaşmada qələbə qolunu vuran isveçli forvard komandanın hələ inkişaf etməli olduğunu bildirib.

“Düşünürəm ki, hələ çox şeyi yaxşılaşdırmalıyıq. Addımlar atırıq və bu yolda xallar qazanırıq, bu da vacibdir”, – deyə İsak vurğulayıb.

Hücumçu zədədən sonra meydana qayıdaraq vacib qola imza atıb. Onun sözləri komandanın nəticələrə baxmayaraq, oyununda çatışmazlıqlar gördüyünü göstərir.