"Barselona"da zədə problemi

“Barselona”nın müdafiəçiləri Jül Kunde və Erik Qarsiya zədələniblər.

Sportline.az xəbər verir ki, Kataloniya klubu hər iki futbolçunun vəziyyəti ilə bağlı tibbi məlumat yayıb. Erik Qarsiyanın 3–4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Kunde isə qarşıdakı Çempionlar Liqası matçında PSJ-yə qarşı oynaya bilməyəcək.

Bu zədələr “Barselona” üçün xüsusilə çətin vaxta təsadüf edib. Komandanı PSJ ilə görüşdən sonra “Real”la “El-Klasiko” gözləyir.