"Fənərbağça" "Slaviya"nı qəbul edəcək

UEFA Çempionlar Liqasının liqa mərhələsində 3-cü tura start verilir.

Sportline.az xəbər verir ki, "Fənərbağça" Kadıköydə "Slaviya"nı qəbul edəcək.

İstanbul klubunda Ceyden Ostervolde, Mert Müldür və Marko Asensio zədəlidir.

Çexiya təmsilçisində itkilərin sayı daha çoxdur. İqoh Oqbu, Stepan Çaloupek, David Yurasek, Elias Pitak və İvan komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 20:45-də səslənəcək görüşü ispaniyalı hakim Rikardo De Burqos idarə edəcək.