Bruno "Qalatasaray"a keçir?
"Qalatasaray”ın “Mançester Yunayted”in kapitanı Bruno Fernandeşlə maraqlandığı iddia olunur.
Sportline.az xəbər verir ki, bugünkü transfer xəbərləri icmalında portuqaliyalı yarımmüdafiəçinin Türkiyə klubunun hədəfləri arasında olduğu qeyd edilib.
Fernandeş İngiltərə klubunun əsas futbolçularından biri olsa da, “Mançester Yunayted”in qeyri-sabit çıxışı fonunda onun gələcəyi ilə bağlı müzakirələr davam edir.
Bununla belə, “Qalatasaray”ın rəsmi təklif göndərdiyi və ya tərəflər arasında danışıqların başladığı barədə təsdiqlənmiş məlumat yoxdur.