“Milan” Portuqaliya klubunun müdafiəçisinə elçi düşüb

İtaliyanın “Milan” klubu “Sportinq”in müdafiəçisi Qonsalo İnasio ilə maraqlanır.

Sportline.az xəbər verir ki, “rossoneri” müdafiə xəttini gücləndirmək üçün portuqaliyalı futbolçunun namizədliyini nəzərdən keçirir. “Roma”nın müdafiəçisi Daniele Qilardi də Milan klubunun diqqətindədir.

Hələlik futbolçularla bağlı rəsmi təklif və ya razılaşma barədə məlumat yoxdur.