“Real”ın gənc hücumçusuna təkliflər var

"Real”ın hücumçusu Endrikin qış transfer pəncərəsində İngiltərə Premyer Liqasına keçə biləcəyi iddia olunur.

Sportline.az xəbər verir ki, braziliyalı futbolçu Madrid klubunda kifayət qədər oyun şansı qazanmadığından gələcəyi ilə bağlı suallar yaranıb. “Aston Villa”nın 20 yaşlı forvardı icarəyə götürmək variantını nəzərdən keçirdiyi bildirilir. 

“Arsenal”, “Liverpul”, “Milan” və “Roma”nın da futbolçu ilə maraqlandığı barədə məlumatlar yayılıb. Bununla belə, Mourinyonun Endrikin nə satılacağını, nə də icarəyə veriləcəyini bildirdiyi qeyd olunur.

Hazırda mümkün keçidlə bağlı rəsmi razılaşma yoxdur.