Aleks Skott uğrunda mübarizədə
“Çelsi” və “Liverpul” “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottu transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, İngiltərə millisinin üzvünün transfer dəyəri 100 milyon funt sterlinq olaraq qiymətləndirilir. “Bornmut”un uyğun təklif alacağı təqdirdə futbolçunun yanvarda ayrılmasına razılıq verə biləcəyi iddia olunur.
23 yaşlı yarımmüdafiəçinin yeni müqavilə ilə bağlı klubla razılığa gələ bilməməsi də transfer ehtimalını artıran amillərdən biri kimi göstərilir. Bununla belə, Skottun gələcəyi ilə bağlı yekun qərar verilməyib.