“Arsenal” “Barselona”nın gənc müdafiəçisini istəyir

“Arsenal” “Barselona”nın 19 yaşlı futbolçusu Xavi Espartla maraqlanır.

Sportline.az xəbər verir ki, London klubu gənc müdafiəçinin çıxışını izləyir. “Tottenhem” də futbolçunun vəziyyəti ilə maraqlanan klublar sırasındadır.

Espart bu mövsüm “Barselona”da özünü yaxşı tərəfdən göstərib. Onun müqaviləsində 100 milyon avroluq sərbəstqalma məbləğinin olduğu bildirilir. Transferlə bağlı klublar arasında razılaşma barədə məlumat yoxdur.