“Futbol üçün çox darıxmışdım”
“Roma”nın kapitanı Lorenzo Pelleqrini uzun fasilədən sonra yaşıl meydanlara qayıtması barədə danışıb.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçi son altı ayda ilk matçına çıxdıqdan sonra fiziki vəziyyətini yaxşılaşdırmağa çalışdığını bildirib.
“Özümü əla hiss edirəm. Psixoloji baxımdan sakitəm, fiziki vəziyyətim üzərində işləyirəm. Bu qədər uzun müddət oynamamaqdan sonra yenidən uyğunlaşmaq üçün vaxta ehtiyacım var idi. Futbol üçün çox darıxmışdım. Fiziki hazırlığımı daha da yaxşılaşdıra bilərəm”, – deyə Pelleqrini bildirib.