"Fənərbaxça" son anda qələbəni əldən verdi
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbaxça" doğma meydanda Çexiyanın "Slaviya" (Praqa) klubunu qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 3-cü tur
20:45. "Fənərbaxça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya) - 2:2
Qollar: O.Aydın, 4 (1:0), M.Qrinvud, 11 (2:0) - L.Provod, 15 (2:1), Kacor, 90 (2:2)
Hakimlər: Rikardo de Burqos, İker De Fransisko, İvan Maso Qranado, Adrian Kordero (hamısı İspaniya)
VAR: Gilyermo Kuadra Fernandeş (İspaniya)
AVAR: Xavyer İqlesias Vilyanueva (İspaniya)
"Ülker" stadionu