Bruno Fernandeş “Mançester Yunayted”dən ayrıla bilər

Bruno Fernandeşin “Mançester Yunayted”dən ayrılmaq istədiyi iddia olunur.

Sportline.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi klubdakı davamlı yenidənqurma prosesindən yorulub və hətta yanvarda ayrılmağı düşünür.

32 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. “Qalatasaray”ın yayda uğursuz alınan cəhdindən sonra yenidən Fernandeşlə maraqlana biləcəyi bildirilir.

Qeyd edək ki, bunlar mətbuatda yayılan iddialardır. Futbolçunun ayrılmaq qərarı verdiyi barədə rəsmi açıqlama yoxdur.