"Bavariya" "Arsenal"a qarşı

UEFA Çempionlar Liqasının liqa mərhələsində 3-cü turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, "Bavariya" "Allianz" arenada "Arsenal"la münasibətlərini aydınlaşdıracaq.

Heyətlərə nəzər saldıqda Münhen təmsilçisində yeganə itki Camal Musialanın adı ilə bağlıdır.

"Topçular"da Piero Hinkapie, Villiam Saliba və Kristos Tzolis zədəlidir.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü italiyalı hakim Davide Massa idarə edəcək.