"Qalatasaray" "Lill"in qonağı olacaq

UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Türkiyə çempionu "Qalatasaray" səfərdə "Lill" klubu ilə qarşılaşacaq.

İstanbul klubunda qapıçı Günay Güvenc, Vilfred Sinqo və Rafael Leao zədədən əziyyət çəkir.

Fransa təmsilçisində Osame Şahroui, Ayase Ueda, Hamza Hamza İqamane, Tiaqo Santos zədə, Ethan Mbappe cəzalıdır. 

Qeyd edək ki, "Lill" - "Qalatasaray" oyunu bu gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Qarşılaşmada söz sahibi sloveniyalı hakim Rade Obrenoviç olacaq.