"Çelsi" və "Liverpul" transfer yarışına girib
"Bornmut”un yarımmüdafiəçisi Aleks Skottun gələcəkdə “Çelsi”yə keçə biləcəyi iddia olunur.
Sportline.az xəbər verir ki, London klubu 23 yaşlı futbolçu ilə ciddi maraqlanır, “Liverpul” da onun vəziyyətini izləyir. Skottun transferi üçün “Bornmut”un 100 milyon avrodan artıq məbləğ tələb edə biləcəyi bildirilir.
“Çelsi”nin futbolçunu yay transfer pəncərəsində də heyətinə qatmağa çalışdığı qeyd olunur. Bununla belə, mümkün keçid barədə klublar tərəfindən rəsmi razılaşma açıqlanmayıb.