"Real Madrid" "Bernabeu"da "Leipziq"lə qarşılaşacaq

UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunun oyunları davam edir.

Sportline.az xəbər verir ki, turnirin 15 qat qalibi "Real Madrid" "Santiaqo Bernabeu"da "Leipziq"lə üz-üzə gələcək. 

"Los blankos"da Ferland Mendi, Raul Asensio və Rodriqo zədəlidir.

Almaniya klubunda Mark Gui, Kristof Baumqartner və Assan Ouedraoqo baş məşqçi Martin Demiçhelisin sərəncamında olmayacaq.

Qeyd edək ki, "Real Madrid" - "Leipziq" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Qarşılaşmada söz sahibi ruminyalı İstvan Kovaç olacaq.