“Yenidən cəhd edəcəyik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının oyun üslubunu darıxdırıcı hesab edənlərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis Çempionlar Liqasında “Bayern”lə oyun öncəsi tənqidlərin azsaylı insanların fikri olduğunu deyib.

“Arsenal”ın qapıçısı David Raya isə komandanın oyununu darıxdırıcı adlandıranlara əhəmiyyət vermədiyini bildirib. Arteta ötən mövsüm Çempionlar Liqasının finalında PSJ-yə penaltilərlə uduzmağın ona hələ də təsir etdiyini gizlətməyib:

“Yay ərzində bunu unutmağa çalışdım, amma bacarmadım. Topu görəndə, həmin səhnələri xatırlayanda bu turniri yenidən qazanmağı çox istəyirəm. Gəlin, yenidən cəhd edək”.