Coşua Kimmixin “Arsenal”la oyunda iştirakı sual altındadır

“Bayern”in baş məşqçisi Vinsent Kompani, qapıçı Manuel Noyer və yarımmüdafiəçi Coşua Kimmixin “Arsenal”la oyunda iştirakı sual altındadır.

Sportline.az xəbər verir ki, bu barədə Münhen klubunun köməkçi məşqçisi Aaron Danks məlumat verib.

Danks bildirib ki, Kompani virus infeksiyasından əziyyət çəkir, Noyer isə zədədən sonra yenicə məşqlərə qayıdıb. Kimmixin vəziyyəti dəqiqləşməyib.

“Vinsent istirahət etməlidir. Vəziyyəti gündən-günə qiymətləndiririk. O, stadionda olsa da, olmasa da, oyunda öz rolunu oynayacaq”, – deyə Danks bildirib.

Mütəxəssis “Arsenal”la görüşdə həlledici məqamların kiçik detallardan asılı olacağını da vurğulayıb.