“İlk məqsədimiz təsnifat mərhələsini keçməkdir"
“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının III turunda “Leyptsiq”lə qarşılaşmadan əvvəl rəqibin təhlükəli komanda olduğunu bildirib.
Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis almanların “PSV” üzərində qələbəsini xatırladaraq onları yalnız əvvəlki uğursuz nəticələrinə görə qiymətləndirməyin düzgün olmadığını deyib.
“Leyptsiq” Münhendə ağır məğlubiyyət alan komanda deyil, PSV-ni məğlub etmiş və növbəti mərhələyə yüksəlmək istəyən komandadır”, – deyə Mourinyo bildirib.
O, Madrid klubunun hazırda əsas hədəfinin turnirdə irəliləmək olduğunu vurğulayıb.
“İlk məqsədimiz təsnifat mərhələsini keçməkdir. Pley-offdan yayınmaq üçün çoxlu xal toplamaq lazım gələcəyini düşünürəm”, – deyə məşqçi əlavə edib.