Niko Paz: “Bu oyunu heç vaxt unutmayacağam”
“Komo”nun yarımmüdafiəçisi Niko Paz “Mançester Yunayted”lə qarşılaşmadan sonra emosiyalarını bölüşüb.
Sportline.az xəbər verir ki, argentinalı futbolçu matçda iki qol vurub və bir məhsuldar ötürmə verərək komandasının qələbəsində əsas rol oynayıb.
“Bu, karyeramın ən gözəl oyunlarından biri idi. Onu heç vaxt unutmayacağam”, – deyə Paz bildirib. O, komanda yoldaşlarına hər qarşılaşmaya son oyunları kimi yanaşmağı tövsiyə edib.
Gənc futbolçu belə gecələrin ailəsinin önündə yaşanmasının onun üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib.