"Liverpul"un gözü "Barselona"nın futbolçusuna düşüb
"Liverpul” “Barselona”nın müdafiəçisi Xavi Espartı transfer etmək istəyən klublar sırasına qoşulub.
Sportline.az xəbər verir ki, 19 yaşlı futbolçu “Arsenal”, “Çelsi”, PSJ və “Bayern”in də diqqət mərkəzində olub.
Kataloniya klubu gənc müdafiəçini gələcəyin vacib oyunçularından biri hesab edir və onunla 2030-cu ilə qədər müqavilə imzalayıb.
Məlumata əsasən, futbolçunun müqaviləsində 100 milyon avrodan yüksək sərbəstqalma məbləği var.
Hazırda “Liverpul”un rəsmi təklif göndərdiyi barədə məlumat yoxdur.