"Mançester Yunayted"in yeni hədəfi bəlli oldu

"Mançester Yunayted” müdafiə xəttini gücləndirmək üçün “Nyukasl”ın futbolçusu Lyuis Hollun transferini yenidən nəzərdən keçirir. 

Sportline.az xəbər verir ki, İngiltərə klubu daha əvvəl də 21 yaşlı sol cinah müdafiəçisi ilə maraqlanıb, lakin tərəflər transfer qiymətində razılığa gələ bilməyiblər.

Məlumata görə, “Bornmut”dan Adrien Truffert də “Yunayted”in mümkün transfer hədəfləri arasındadır. Klubun Lisandro Martines və Lyuk Şounun gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən müdafiə xəttində dəyişikliklər etməyi düşündüyü bildirilir. 

Bu məlumatlar hələlik transfer iddiası səviyyəsindədir.