"Əl-Nəsr" satıla bilər
Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubunun mümkün satışına dair danışıqların aparıldığı iddia olunur.
Sportline.az xəbər verir ki, “Milan”ın sahibi olan RedBird Capital Partners şirkəti Səudiyyə Ərəbistanı klubunun səhmlərini almaq imkanını araşdırır.
Məlumata əsasən, şirkət Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu ilə klubun 70 faizlik payının alınması barədə görüşlər keçirib. Danışıqların ilkin mərhələdə olduğu və razılaşmanın hələ təmin edilmədiyi bildirilir.
Söhbət Ronaldonun başqa kluba transferindən deyil, onun hazırkı klubunun mümkün satışından gedir.