AL: “Beşiktaş” İngiltərə klubuna qarşı
Bu gün UEFA Avropa Liqasının liqa mərhələsinin III turunda Türkiyənin “Beşiktaş” klubu növbəti oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda İngiltərənin “Kristal Pelas” komandasını qəbul edəcək.
"Tüpraş" stadionunda baş tutacaq görüş Bakı vaxtilə saat 23:00-da start götürəcək.
İstanbul klubu Avropa Liqasının əvvəlki turunda Almaniyada “Hoffenhaym”ı 3:2 hesabı ilə məğlub edib. İngiltərə təmsilçisi isə Fransada “Lion”a eyni hesabla uduzub.
Qeyd edək ki, “Beşiktaş” ilk iki turdan sonra 6 xalla turnir cədvəlinin 4-cü, “Kristal Pelas” isə 3 xalla 15-ci pilləsində qərarlaşıb.
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
22 oktyabr
23:00. “Beşiktaş” (Türkiyə) – “Kristal Pelas” (İngiltərə)