Həftənin futbolçusu adına namizədlər bəlli oldu

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Mükafat uğrunda “Mançester Siti”dən Fil Foden, “Komo”dan Niko Pas, “Napoli”dən Skott Maktominey və “Liverpul”dan Rio Nquma mübarizə aparacaq.

Qalib UEFA-nın rəsmi saytında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək.