Yasin Ayari ilə Avropa nəhəngləri maraqlanır

"Çelsi”, “Real” və “Barselona” “Brayton”un yarımmüdafiəçisi Yasin Ayari ilə maraqlanır. 

Sportline.az xəbər verir ki, üç klub isveçli futbolçunun çıxışını izləyir. Ayari İngiltərə Premyer Liqasında özünü göstərmək və daha iddialı komandaya keçmək baxımından diqqət mərkəzinə düşüb.

Hələlik klublardan heç birinin rəsmi təklif göndərdiyi barədə məlumat yoxdur.

Futbolçunun gələcəyi ilə bağlı qərarın transfer pəncərəsi yaxınlaşdıqca dəqiqləşməsi gözlənilir.