“Barselona”da daha bir itki

"Barselona”nın yarımmüdafiəçisi Dani Olmo sıradan çıxıb.

Sportline.az xəbər verir ki, ispaniyalı futbolçu PSJ ilə Çempionlar Liqası qarşılaşmasında sol ayağının adduktor əzələsindən zədə alıb.

Klubun tibbi müayinəsindən sonra onun təxminən dörd həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Olmonun yoxluğu baş məşqçi Hans-Diter Flikin seçim imkanlarını məhdudlaşdıracaq.

Kataloniya təmsilçisini həm İspaniya çempionatında, həm də Avropa arenasında vacib oyunlar gözləyir.