"Arsenal" türkiyəli futbolçunu transfer etmək üçün hərəkətə keçib
"Arsenal" "Ayntraxt"ın türkiyəli hücumçusu Can Uzunu transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Almaniya klubu 20 yaşlı forvard üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, C.Uzun bu mövsüm meydana çıxdığı 6 matçda 4 qol, 3 asistlə yadda qalıb.