Lamin Kamara "Liverpul"a keçə bilər
"Monako"nun futbolçusu Lamin Kamara karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Liverpul" 22 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, L.Kamaranın dəyəri 55 milyon avrodur.