Premyer Liqa klubları yarışacaq

Trent Aleksander-Arnoldun “Real”dakı gələcəyi ilə bağlı yeni iddia yayılıb. 

Sportline.az xəbər verir ki, Liverpul”, “Arsenal”, “Çelsi” və “Mançester Siti” ingiltərəli müdafiəçinin vəziyyətini izləyir.

İddiaya görə, futbolçu Madrid klubunda kifayət qədər oyun vaxtı almamasından narazıdır. Bununla belə, adı çəkilən klubların konkret təklif göndərdiyi təsdiqlənməyib. 

Aleksander-Arnoldun gələcəyi ilə bağlı vəziyyətin qarşıdakı aylarda aydınlaşacağı gözlənilir.