Arda Güler "Real Madrid"də qalacaq
“Real Madrid”in türkiyəli futbolçu Arda Gülerlə yeni müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb. Məlumata görə, Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik anlaşma əldə edib.
Qeyd edək ki, Arda Güler üç il əvvəl “Real Madrid”in heyətinə qoşulub. Gənc futbolçu cari mövsümdə məhsuldar ötürmələri ilə diqqət çəkib.