"Bavariya"dan 40 milyon avroluq transfer

"Bavariya" "Barselona"nın futbolçusu Jerar Martini transfer etmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Münhen təmsilçisi 24 yaşlı stopper üçün Kataloniya klubuna 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, J.Martinin "Barselona" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.