"Arsenal"ın gözü "Atletiko"nun futbolçusunun üzərindədir

“Arsenal” Madrid “Atletiko”sunun vingeri Aleks Baenanı transfer etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, London klubu ispaniyalı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağı nəzərdən keçirir.

İspaniya millisi ilə dünya çempionu olan Baena hücumameyilli yarımmüdafiəçi və cinah oyunçusu kimi çıxış edə bilir. Onun universallığı Mikel Artetanın diqqətini cəlb edən amillərdən biri hesab olunur.

Məlumatda mümkün transferin yanvarda reallaşa biləcəyi qeyd edilsə də, klublar arasında razılaşma barədə rəsmi açıqlama yoxdur.