Arnold London klubuna keçə bilər

“Çelsi”nin “Real”ın müdafiəçisi Trent Aleksander-Arnoldu transfer etmək ehtimalı gündəmə gəlib.

Sportline.az xəbər verir ki, London klubunun baş məşqçisi Xabi Alonso bu keçidə razılıq verib. İngiltərə millisinin üzvü Madrid təmsilçisində müntəzəm oynamaq imkanı qazanmaqda çətinlik çəkir.

Məlumata əsasən, futbolçunun sabiq klubu “Liverpul” da onun mümkün qayıdışı ilə maraqlanır. Bununla belə, “Çelsi”nin transfer yarışında irəli çıxdığı iddia edilir.