İspaniya millisindən yeni rekord
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə 2026-cı il dünya çempionatının finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya millisi yeni rekorda imza atıb.
Sportline.az xəbər verir ki, ispanlar milli komandalar arasında ən uzun məğlubiyyətsiz oyunlar seriyasının müəllifi olublar.
Komanda ardıcıl 38 rəsmi qarşılaşmada uduzmayıb.
İspaniya millisinin məğlubiyyətsiz seriyası 2024-cü ilin martından davam edir. Bu statistikaya penaltilər seriyası və yoldaşlıq görüşləri daxil deyil.
Bununla İspaniya millisi 2018–2021-ci illərdə Roberto Mançininin rəhbərliyi altında ardıcıl 37 rəsmi oyunda məğlub olmayan İtaliya yığmasının rekordunu geridə qoyub.
Qeyd edək ki, İspaniya millisi dünya çempionu adını tarixində ikinci dəfə qazanıb.