“Barselona”dan yeni transfer planı

“Barselona”nın “Leyptsiq”in müdafiəçisi Kastello Lukebaya marağının yenidən gündəmə gəldiyi bildirilir.

Sportline.az xəbər verir ki, 23 yaşlı fransalı futbolçu Kataloniya klubundan təklif gəlsə, keçidi qəbul etməyə hazırdır. Lukeba yayda da “Barselona”nın mümkün hədəflərindən biri olub, lakin transfer baş tutmayıb.

Klubun qış transfer pəncərəsində və ya gələn yay bu məsələyə qayıda biləcəyi qeyd olunur.