“Roma” ispan müdafiəçi ilə yeni müqavilə bağlayacaq
“Roma”nın müdafiəçisi Mario Hermoso klubu ilə yeni müqavilə imzalamağa yaxındır.
Sportline.az xəbər verir ki, 31 yaşlı futbolçu yaxın vaxtlarda müddəti 2029-cu ilə qədər nəzərdə tutulan sözləşməyə imza atacaq. Tərəflər arasında hazırkı müqavilənin müddəti 2027-ci ilin iyununda başa çatacaq.
“Transfermarkt” portalı ispaniyalı müdafiəçinin dəyərini 7 milyon avro qiymətləndirir. O, cari mövsümdə İtaliya çempionatında 11 oyuna çıxıb, 2 qol vurub.